İslam suallarda

Dini mətnlərdə adı çəkilən Əhzab savaşı hansıdır?

Ərəb dilində “əhzab” “hizb” sözünün cəmidir, tərcüməsi “dəstələr, qruplar” deməkdir. Əsasən, “əhzab” kəlməsi hicrətin 5-ci ilində (miladi 627-ci il) baş vermiş Xəndək döyüşü ilə bağ¬lı işlədilir. İslam mənbələrində, o cümlədən, Qurani-Kərimin mətnində Xəndək savaşı məhz “əhzab savaşı” kimi təqdim edilir. Quranın bir surəsi də “Əhzab” adlanır və orada bu savaş barədə müəyyən məlumatlar verilir.
Xəndək savaşının Əhzab adlandırılmasının səbəbi ondadır ki, Ərəbistanın qeyri-müsəlman qüvvələri həmin il müsəlmanların kökünü kəsmək məqsədilə koalisiya təşkil edərək, Mədinə şəhəri üzə¬rinə hücuma keçmişdilər. Bu koalisiyaya ən böyük və nüfuzlu ərəb qəbilələri daxil idi: Qüreyş, Ğətəfan, Bəni-Əsəd, Bəni-Səlim kimi bütpərəst qəbilələr, Bəni-Nəzir yəhudiləri və başqaları. Ordudakı əsgərlərin sayı 10 mini ötüb-keçmişdi. Bu qruplaşmalara görə savaşa da Əhzab adı verilmişdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button