İslam suallarda

Ölümdən qorxmaq lazımdırmı?

Ölüm həyatın bir növündən başqa bir növünə keçiddir. Ölən bədəndir, ruh ölmür və öz varlığını davam etdirir. Ölümdən sonra qəbir və bərzəx həyatı olur, daha sonra axirət həyatı olacaq. Əsl müsəlman ölümdən qorxmamalı, öz əcəlini Allahın əmri və məsləhəti kimi qəbul etməlidir. Onsuz da Allahın buyurduğu zaman yetişən əcəldən heç bir yolla xilas olmaq mümkün deyil. Adətən, insanlar ya dünyaya bağlı olduqları üçün, bu dünyada qazandıqlarını itirməmək üçün ölümdən qorxurlar. Ya da günahlarının çox olduğunu bildikləri üçün qəbir və axirət əzabının qorxusunu çəkirlər. İnsan elə yaşamalıdır ki, ölüm anında Allahın görüşünə getməkdən qorxmasın. Buna görə bacardıqca günah etməmək, xeyir əməlləri çoxaltmaq lazımdır. Əlbəttə, günahların cəzasından qorxmaq normaldır. Amma insan qorxu ilə yanaşı, həm də Allahın mərhəmətinə ümid etməlidir. İnanmalıdır ki, Allah onunla mərhəmət əsasında rəftar edəcək və bəzi savablarının xatirinə müəyyən günahlarını siləcək. Hər bir halda, ölümdən qorxmamaq, əksinə, ona həmişə hazır olmaq lazımdır. Çünki əcəlin nə zaman və necə gələcəyini Allahdan başqa heç kim bilmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button