İslam suallarda

Peyğəmbərlərin bəzilərinə aid edilən “üluləzm” sözünün mənası nədir?

Allahın göndərdiyi peyğəmbərlərin içindən 5 nəfəri digərlərindən seçilmiş və daha üstün edilmişdir. Onlara üluləzm, yəni əzm, iradə, böyük missiya sahibi olan peyğəmbərlər deyilir. Bunun mənası haqqında fikirlərin birinə görə, üluləzm peyğəmbər özündən əvvəlki peyğəmbərin şəriətini nəsx (ləğv) edir və yeni şəriət gətirir. Qalan nəbi və rəsullar isə özlərindən əvvəlki üluləzm peyğəmbərin şəriətini təbliğ edirlər. Digər bir fikrə görə, üluləzəm peyəmbərlərin özəllikləri öz zamanlarında ən qəddar və ən güclü düşmənlərlə üz-üzə gəlmələri, onlarla qorxmadan mübarizə aparmalarıdır. Necə ki, Həzrət Nuh Peyğəmbər (ə) Allahı ən kəskin şəkildə inkar edən və buna görə öldürücü tufan fəlakətinə layiq görülən insanlarla, Həzrət İbrahim Peyğəmbər (ə) Nəmrudla, Həzrət Musa Peyğəmbər (ə) Fironla, Həzrət İsa Peyğəmbər (ə) amansız yəhudi xaxamları ilə, Hzərət Mühəmməd Peyğəmbər (s) də Əbu Süfyanın başçılıq etdiyi zalım Məkkə müşrikləri və digər kafir qövmlərlə mübarizə aparmışdı. Üluləzm peyğəmbərlərin öz qövmlərinə bəddua etmədiklərinə görə bu ləqəblə çağırıldığını söyləyən alimlər də var.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button