İslam suallarda

Fəlsəfə və kəlam elmlərinin əsas fərqləri nədir?

Fəlsəfə və kəlam elmləri əhatə etdiyi mövzular və izlədiyi məqsədlər baxımından yaxın sayıla bilər. Bunların fərqi ixtisasi mövzu olsa da, sadə dillə bunu deyə bilərik: Mahiyyət baxımından, kəlam elmini dini dünyagörüşünə tabe olan fəlsəfə saya bilərik. Aradakı əsas fərq budur ki, kəlam elmində bütün mövzular vəhy mərkəzlidir, yəni vəhy əsas sayılır və əldə edilən nəticələr vəhyə uyğun olub-olmamaqla dəyərləndirilir. Kəlam alimi (mütəkəllim) vəhyi gözardına vura və ya inkar edə bilməz. Kəlamın əsas mövzuları da iman və əqidə ilə bağlıdır: Allahın varlığinın sübutu, onun sifətlərinin təhlili, peyğəmbərliyin lüzumu, peyğəmbərin sifətləri, xatəmiyyət məsələsinin isbatı, axirət həyatinın izahı və s. Kəlam elminin əsasını əvvəlcə Allahın varlığını isbat etmək, bu nöqtədən çıxış edərək başqa məsələləri sübuta yetirmək təşkil edir. Kəlam elminin məqsədi Qurandakı və sünnədəki göstərişləri ağıl və məntiq baxımından əsaslandırmaq, din əleyhinə irəli sürülən şübhələrə cavab verməkdir. Fəlsəfədə isə vəhyə tabelik şərt sayılmır, burada bütün nəticələr yalnız ağıla söykənir. Mütəkəllim mütləq dindardir, filosof isə dindar olmaya da bilər. Fəlsəfədə Allahın varlığı əsas kimi götürülmür, əksinə, bəzi filosoflar Allahın varlığını tamamilə inkar etmişlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button