İslam suallarda

Azanla iqaməni bütün namazların əvvəlində demək lazımdırmı?

Azan və iqamə namazın əvvəlində edilməsi müstəhəb olan əməllərdəndir. Yaxşı olar ki, insan gündəlik namazları qılmazdan əvvəl azan və iqamə oxusun, xüsusilə, iqaməni söyləmək daha çox təkid olunur. Əgər insan camaat namazında iştirak edirsə və namaz üçün azan-iqamə oxunubsa, insanın ayrıca azan-iqamə oxuması lazım deyil. Əgər insan məsciddə verilən azan səsini eşidirsə, müstəhəbdir ki, eşitdiyi hər cümləni astadan təkrarlasın. Bir-birinin ardınca qılınan namazlarda (zöhrlə əsr, məğriblə xiftən namazlarında) birinci namaz üçün azan deyilsə, ikinci namaz üçün də kifayətdir, amma iqaməni hər iki namaz üçün ayrılıqda söyləmək müstəhəbdir. Bayram namazlarının, eləcə də qəza namazlarının əvvəlində azan-iqamə əvəzinə 3 dəfə “əs-səlah” deyilməsi müstəhəbdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button