İslam suallarda

Namazda Fatihədən sonra müəyyən surəni oxumaq niyyətində olan, amma unudaraq ya çaşaraq başqa surəni oxuyan adam nə etməlidir?

Bəzən insan namaza başlayanda niyyət edir ki, birinci və ikinci rükətlərdə yaxud bunların birində Fatihədən sonra hər hansı surəni oxusun. Məsələn, birinci rükətdə Fatihədən sonra Qədr, ikinci rükətdə isə Fatihədən sonra İxlas surəsini oxumağı niyyət edir. Amma namaz əsnasında unutqanlıq və ya adət üzündən bunu edə bilmir, adətən oxuduğu surələri oxuyur. Bu zaman o, bəzi hallarda öz niyyətinə əməl edə bilər, bəzi hallarda isə oxuduğu surə ilə kifayətlənməlidir. Belə ki, əgər namaz qılan Fatihədən sonra İxlas və ya Kafirun surəsini oxumağa başlamışsa, bu iki surəni yarımçıq kəsə biməz və başqa surə oxuya bilməz. Amma əgər Fatihədən sonra bu iki surədən başqa hər hansı surəni oxumağa başlamışsa və bu əsnada başqa surə oxumaq istəsə, iki hal yaranır. Əgər həmin surənin yarısına çatmamışsa, onu yarımçıq saxlayıb başqa surəyə başlaya bilər. Əgər surənin yarısını oxuyub keçmişsə, bu halda başqa surə oxuya bilməz, oxuduğu surəni tamamlamalı və bununla kifayətlənməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button