İslam suallarda

“Müştərək gecələr” nəzəriyyəsi nə deməkdir?

Müsəlman təqvimində aylar (12 ay nəzərdə tutulur) Ayın səmada görünməsi ilə başlayır. Bu, xüsusilə mübarək Ramazan ayının başlanması və bitməsi zamanı daha çox aktuallıq kəsb edir. Belə ki, hər məntəqədə orucluğun başlanğıcının və Fitr bayramının dəqiq təyin edilməsi şəriət baxımından çox mühümdür. Ayın əvvəlinin sübuta yetməsi şəriət kitablarında (risalələrdə) müstəqil fəsildə kifayət qədər geniş şəkildə təsvir edilir. Bu barədə fərqli nəzəriyyələr mövcuddur. Belə ki, bəzi müctəhidlər Ayın göründüyü məkanların üfüq baxımından eyniliyini şərt bilirlər – bunun da təfərrüatı çox genişdir. Daha bir nəzəriyyə isə “müştərək gecələr nəzəriyyəsi” adlanır. XX əsrin böyük müctəhidi Ayətullah Seyid Əbülqasim Xoyi (vəf. 1992) tərəfindən irəli sürülmüş bu nəzəriyyəyə görə, gecələri müştərək olan şəhərlərdən birində Ay görünsə, o biri şəhər üçün də ayın əvvəli sübuta yetmiş sayılır (gecə deyərkən Günəş batandan növbəti gün Günəş çıxana kimi müddət nəzərdə tutulur). Məlumdur ki, Yerin hərəkətindən asılı olaraq dünyanın bir tərəfində axşam olanda o biri tərəfində gündüz olur. Başqa sözlə desək, şəhərlərin birində səhər açılanda o birində hələ axşam düşməyib. Əgər iki məntəqədə gecənin bir hissəsi o biri məntəqənin gecəsi ilə üst-üstə düşürsə, bunlar müştərək gecələrə malik məntəqələr sayılır. Bəzi müctəhidlər gecənin hətta lap kiçik hissəsinin də üst-üstə düşməsini kafir bilirlər, bəzi müctəhidlər isə gecənin ən azı yarısının və ya yarıdan çoxunun müştərək olmasını şərt sayırlar. Bu hesabat zamanı məntəqələr arasındakı saat qurşağı fərqi əsas götürülür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button