İslam suallarda

Tövbə surəsinin 40-cı ayəsində hicrət zamanı Peyğəmbəri müşayiət edən “iki nəfərdən biri” kimdir?

Tövbə surəsinin 40-cı ayəsində Allah-Taala buyurur: “(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”–dediyi zaman (göstərmişdi)…”
Bu ayədə Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti təsvir edilir. Onu təqib edən müşriklərdən qorunmaq üçün Peyğəmbər bir mağarada gizlənmiş, Allahın əmri ilə onu tapmasınlar deyə, mağaranın girişində hörümçək tor salmış, göyərçin yuva qurmuşdu. Bu səfərdə o həzrəti yaxın səhabələrindən Əbubəkr müşayiət etmişdi. Təqibçilər mağaranın girişində durduqları zaman Əbubəkr narahatlığını bildirmiş və Peyğəmbər ona qorxmamağı, Allaha sığınmağı tövsiyə etmişdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button