İslam suallarda

Baş vermiş cinayət əməlinə görə zərərçəkmiş şəxsin cinayətkarı bağışlaması daha yaxşıdır yoxsa ona cəza tələb etməsi?

Dinimizdə insan haqları ən mühüm mövzulardan biridir. İnsanlar bir-birinin haqqını qorumalı, haqqa təcavüzdən çəkinməlidirlər, çünki bu böyük günahdır. Hətta qiyamətdə Allah-Taala başqasının haqqına təcavüz etmiş adamı həmin haqq sahibi bağışlamayınca bağışlamaz. Şəriətimizdə hüdud adlı xüsusi bölüm vardır ki, burada müxtəlif cinayətlərə görə nəzərdə tutulmuş cəzalar təsvir edilir.

Dinimizə görə, bir adamın günahına və təqsirinə görə onu bağışlamaq yaxşı hal sayılır. Müsəlman bağışlamağı, güzəştə getməyi bacarmalıdır, “bağışla ki, səni də bağışlasınlar” prinsipini əsas tutmalıdır. Ona görə də qəsdən edilməyən, təsadüfi hadisələrdən zərər çəkmiş şəxslərin təqsirkarı bağışlaması müsbət haldır. Quranda da qisasla yanaşı bağışlama imkanı qeyd edilir və bunun daha üstün olduğu bildirilir.

Amma qəsdən cinayət əməli törətmiş residivict şəxslərin cəzalandırılması cəmiyyət üçün daha xeyirlidir. Bu kimi hallarda cinayətkar ağır şəkildə cəzalandırılmalı, cəmiyyətdən təcrid edilməlidir. Çünki bu şəxslərin cəzasız qalması onlarda arxayınlıq və qudurğanlıq hissi yaradır, onlar sərbəst olduqda cəmiyyət üçün ciddi təhlükə törədirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button