İslam suallarda

Dəstəmaz alan zaman başqası adamın əlinə su töksə yaxud onun dəstəmaz almasına başqa bir yolla kömək etsə, dəstəmaz düzgün sayılırmı?

Dəstəmazın bəzi vacib şərtləri vardır ki, bunlara mütləq riayət olunmalıdır, əks halda dəstəmaz batil olar. Belə şərtlərdən biri də budur ki, insan dəstəmaz əməllərini özü etməli, zərurət yaranmazsa başqasından kömək istəməməlidir. Zərurət deyərkən məsələn, insanın şikəst olması və s. hallar nəzərdə tutulur ki, bu kimi hallarda başqasının adama yardım göstərməsi, hətta onun əlini tutaraq məsh etdirməsi icazəlidir. Dəstəmaz alan şəxs üçün başqasının su qızdırması, su gətirməsi, ona dəsmal verməsi və s. icazəlidir və bunların dəstəmazın düzgünlüyünə təsiri yoxdur. Dəstəmaz alarkən insanın əlinə başqasının su tökməsinə gəlincə, bu əməl də dəstəmazı pozmaz, amma məkruhdur, yəni bəyənilmir və dəstəmazın savabını azaldır. Şəriət əməllərini yerinə yetirən zaman insan təkəbbür yaradan əməllərdən uzaq olmalıdır. Dəstəmaz zamanı əllərinə başqasının su tökməsi insanda təkəbbür yarada bilər, ona görə də bu işdən uzaq olmaq məsləhətdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button