İslam suallarda

Bəziləri deyir ki, Qurani-Kərimdə cənnətdən danışarkən “şərab” kəlməsi dəfələrlə işləndiyi üçün içki əslində haram deyil. Bu fikrin əsası varmı?

Həqiqətən, Qurani-Kərimdə dəfələrlə “şərab” və bu kökdən törənən feillər işlənir. Hətta cənnətdəki bulaqlardan danışarkən, Allah-Taala “şərabən təhura” (pak içki) adlı içkidən danışaraq buyurur: “Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir” (İnsan, 21). Dini baxımdan dərin biliyi olmayan, yaxud öz pis vərdişinə haqq qazandırmaq istəyən bəzi şəxslər bu kimi ifadələri əsas gətirərək şərabın əslində haram olmadığını, hətta cənnətdə möminlərə də şərab veriləcəyini söyləyirlər. Əslində isə, Qurandakı bu ifadələr məstedici içkini deyil, pak içəcəkləri nəzərdə tutur. Belə ki, ərəb dilində bütün içəcək mayelərə ümumi şəkildə “şərab” deyilir. Bu feilfən törəyən sözlər içmək mənasını bildirir. Amma məstedici haram içkidən danışılarkən, Quranda adətən “xəmr” sözü işlədilir. Allah-Taala öz şəriətində məstedici içkini (hazırda şərab adlandırılan alkoqolu) mütləq mənada haram və murdar elan etmişdir. Cənnətdə isə möminlərə pak tərkibə malik içəcəklər veriləcək. Bu içkinin süd, şərbət və ya başqa tərkibə malik olacağı barədə fikirlər vardır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button