İmam Mehdinin (ə) zühurundan sonra nə olacaq? Dünyanın sonu bundan çox sonra baş verəcək?
İmam Mehdinin (ə) zühur əlamətləri və zühurdan sonra baş verəcək hadisələr əsasən hədislərdə qeyd edilib. Bu hədislərin sayı çox, məzmunu bəzən fərqlidir. Ona görə də zühurun necəliyi və sonrakı hadisələr barədə məlumatlar birmənalı deyil. İmam Mehdi (ə) zühur etdikdən sonra dünyada haqq-ədaləti bərpa etməklə məşğul olacaq, bunun üçün təbliğat aparacaq, bu işə mane olanlarla döyüşəcək. Nəhayət, Allahın yardımı ilə o, düşmənlərə qalib gəlib, vəd olunmuş ədalətli dünya nizamını quracaq. Hətta bəzən bu dövrü “qurdla quzunun yanaşı otlayacağı dövr” kimi təqdim edirlər. Zühurdan sonra dünyanın sonuna kimi keçən müddətin neçə il olacağı barədə dəqiq məlumat da yoxdur. Bəzi rəvayətlərdə 40 il, bəzilərində isə fərqli rəqəmlər qeyd edilib. Rəqəm qeyd olunmuş rəvayətlərdəki il anlayışının fərqli məna ifadə etməsi də mümkündür. İmamın (ə) missiyası başa çatdıqdan, insanlar ədalətli hakimiyyəti tam şəkildə gördükdən sonra dünyanın sonu çatacaq.