İslam suallarda

Deyirlər ki, ölmüş adamın adını çəkəndə onun ruhu narahat olur. Bu söz doğrudurmu?

İnsan öldükdən sonra ruhunun sağ olması dəqiqdir. Lakin ölünün ruhunun bu dünya ilə əlaqəsi tam deyil, məhduddur. Bu dünyada hər dəfə adının çəkilməsindən onun xəbərdar olması mütləq deyil. Bundan xəbərdar ola da bilər, olmaya da bilər. Bəzi hallarda dini mətnlərə görə, ölünün adının hansı şəkildə çəkilməsi onun bərzəx aləmindəki vəziyyətinə təsir edir. Belə ki, əgər onun adını xeyirlə yad edir, ruhuna rəhmət oxuyur, Quran tapşırırlarsa, ruh bundan aramlıq tapır, əgər əzaba layiqdirsə, əzabı yüngülləşir. Əgər ruhu pisliklə yad olunursa (haqlı olaraq), bu halda ruhuna pərişanlıq üz verir, əzabı daha da ağırlaşır. Əlbəttə, pis niyyətlə yad olunmasa daha yaxşıdır, çünki Allah bağışlayanları sevir. Əgər ölü pis adam olmuşsa da, ruhunu pis sözlərlə narahat etməyə dəyməz. Amma yaxşı sözlərlə, dua ilə yad etməyin nəinki ona narahatlığı yoxdur, əksinə, faydası vardır. Ona görə də, qəbirləri ziyarət etmək, onların ruhuna rəhmət oxumaq, Quran tapşırmaq yaxşı əməl kimi dini mətnlərdə qeyd edilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button