İslam suallarda

Vəfat etmiş insanı qəbiristanlıqda deyil, yaşamış olduğu evin həyətində dəfn etmək dini baxımdan icazəlidirmi?

İslam ənənəsinə görə, ölmüş şəxsləri adətən ümumi qəbiristanlıqda dəfn edirlər. Ölünü qəbiristanlıqdan başqa yerdə dəfn etmək dini baxımdan qadağan deyil. Hətta müqəddəs məkanlarda, ziyarətgahlarda dəfn etmək daha üstündür. Bəzi böyük şəxslər, alimlər öz həyətndə, hətta otağın içində, yaxud kitabxanada dəfn edilməyi vəsiyyət ediblər. Vəfat etmiş şəxsi öz həyətində dəfn etmək olar, bu, dini baxımdan icazəlidir. Amma qəbiristanlıqda dəfn edilməyin bəzi üstnlükləri vardır. Əvvəla, ölünün qohumları, dostları ümumi qəbiristanlıqda onun qəbrini daha rahatlıqla ziyarət edə bilərlər. İkincisi, ənənəyə görə qəbiristanlığa daxil olan hər kəs əvvəlcə orada uyuyan bütün ölülərin ruhuna Fatihə oxuyur. Tək basdırılmış şəxs bu dualardan məhrum olur. Qeyd edirik ki, burada yazılanlar məsələnin hüquqi deyil, dini yöndən izahıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button