İslam suallarda

Rüku və səcdə zamanı zikrləri neçə dəfə söyləmək lazımdır?

Rüku və səcdələr namazın rükn sayılan hissələridir. Məsumlarımız və alimlərimiz rüku və səcdələri uzadardılar, yəni rüku və səcdə halında çox qalar, bu zaman çoxlu zikr və dua oxuyardılar. Hətta onların rüku halında çox durmaqdan ayaqlarının şişdiyi, çox səcdə etdikləri üçün alınlarında iz qaldığı rəvayət edilir. Əlbəttə, bu, hər kəsin şəraitinə, vaxtına, səhhətinə və istəyinə bağlı olan məsələdir. Şəriət baxımından vacib olan isə rüku və səcdə zamanı müəyyən ölçüdə zikrlərin deyilməsidir. Əksər müctəhidlərin rəyinə görə, rüku və səcdədə yaxşı olar ki, ən azı 3 dəfə “sübhanallah” zikri deyilsin. Yaxud rükuda ən azı bir dəfə “sübhanə rəbbiyəl-əzimi və bihəmdih” zikrini, səcdədə ən azı bir dəfə “sübhanə rəbbiyəl-əəla və bihəmdih” zikrini söyləmək lazımdır. Bu zikrlərin sayını artırmaq da olar. Zikrləri tək sayda olmaqla 3, 5, 7 və daha artıq sayda təkrar etmək müstəhəbdir. Zikrdən sonra Peyğəmbərə və nəslinə salavat söyləmək də savabdır. Rüku və səcdədə oxunması müstəhəb olan dualar müvafiq kitablarda qeyd edilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button