İslam suallarda

Əgər evdə möhür yoxdursa, məsciddəki möhürü götürmək olar?

Məsciddə olan əşyalar bir qayda olaraq məscidin vəqf əmlakı sayılır. Vəqf elə mülkiyyət növüdür ki, ondan istifadə hüququ müəyyən təbəqəyə verilir. Həmin əmlakı özününküləşdirmək, başqalarını ondan istifadə etmək hüququndan məhrum etmək olmaz. Məsələn, torpaq qəbiristanlıq üçün vəqf edilibsə, başqa məqsəd üçün ondan istifadə etmək, satmaq, bağışlamaq, özəlləşdirmək qəti qadağandır və günahdır. Məsciddəki xalçalar, Quranlar, möhürlər və s. də məscidin mülküdür və vəqfdir. Onları məscidin içindən çıxarmaq olmaz. Bu əşyalar bütün məscid əhlinin ümumi istifadəsinə verilib. Hətta üzürsüz səbəb olmadan (məsələn təmir və s.) bir məscidin əmlakını başqa məscidə daşımaq da yolverilməzdir. Möhürü məsciddən götürüb evə aparmaq və özünə aid etmək vəqh hüququnun pozulması deməkdir, bu, günahdır. Həmin möhürlə qılınan namaz da batildir, çünki qəsb olunmuş möhürlə qılınıb. İnsanın namaz qılmaq üçün möhürü yoxdursa, ya dini mağazadan almalı, ya da başqasının razılığı ilə ondan hədiyyə kimi qəbul etməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button