İslam suallarda

Dəstəmaz alan zaman danışmaq olarmı? Dəstəmaz alan zaman hansı duaları oxumaq savabdır?

Dəstəmaz alan zaman danışmaq, verilən suala cavab vermək günah deyil və dəstəmazı pozmaz. Amma daha yaxşı olar ki, insan öz fikrini digər mövzulara yayındırmasın, dəstəmazında diqqətli olsun.
Dəstəmaz alan zaman “bismillah”la başlamaq, Peyğəmbərə və nəslinə salavat söyləmək, hər hansı dua və zikrləri oxumaq müstəhəbdir. Dəstəmazın müstəhəb olan xüsusi duaları var ki, risalələrdə qeyd edilib. Belə ki, hər bir dəstəmaz əməlini yerinə yetirən zaman insan ona müvafiq olaraq dua edir. Məsələn, üzünü yuyan zaman dua edir ki, qiyamət günündə Allah-Taala onun üzünü ağ etsin. Qollarını yuyan zaman dua edir ki, Allah qiyamət günündə əməl dəftərini onun sağ əlinə versin, sol əlinə yox. Ayaqlarına məsh çəkən zaman dua edir ki, qiyamət günündə sırat körpüsünün üstündən keçəndə qədəmləri möhkəm olsun və s. Bu duaları ərəbcə yadda saxlamaq çətinlik törədirsə, azərbaycan dilində tərcüməsini də söyləmək olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button