İslam suallarda

Evdə hamam və tualet ayrı deyilsə, orada dəstəmaz və qüsl almaq olarmı?

Qüsl və dəstəmaz zamanı vacib və müstəhəb olan şərtlər, eləcə də, haram və məkruh olanlar şəriət kitablarında qeyd edilib. Qüsl və dəstəmaz almaq üçün ayrıca bir yer olması vacib deyil, yəni hamamla tualet bitişik olsa belə, orada dəstəmaz və qüsl almaq olar. Bəzən insanlar düşünürlər ki, dəstəmaz və qüsl suyu mütləq pak yerə axıb getməlidir, kanalizasiya xəttinə axmamalıdır. Müasir müctəhidlərin rəyinə görə bu, vacib deyil. Bəzi qədim kitablarda dəstəmaz və qüsl suyunun pak yerə axıdılmasının müstəhəb olduğu yazılıb. Bəzi dindarlar bunun üçün dəstəmazı kanalizasiya olan yerdə deyil, həyətdə alır, bəzən isə ləyənin içində dəstəmaz alıb suyunu dibçəyə və s. yerlərə tökürlər. Əlbəttə, bu, daha yaxşı üsuldur, amma buna riayət etmək vacib deyil, imkana və şəraitə bağlıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button