İslam suallarda

Namaz qılan zaman hansı növ geyimlər bəyənilən və bəyənilməyən sayılır?

Şəriətə görə namaz qılan zaman geyim sarıdan bəzi qaydalara riayət etmək lazımdır. Namaz qılan şəxsin geyiminə qarşı qoyulmuş tələblər şəriət kitablarında ətraflı qeyd edilib. Bu tələblərin bir hissəsi vacib, bir hissəsi haram qismindədir. Bəzi şərtlər isə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməyən) sayılır. Məsələn, müstəhəbdir ki, namaz qılan insan əba və ya ağ paltar geyinsin, başına əmmamə və ya başqa baş geyimi qoysun. Namaz üçün özünün ən təmiz və səliqəli paltarını seçmək, saç-saqqalı daramaq, üst-başı səliqəyə salmaq da savabdır. Yaxşı olar ki, namazdan əvvəl insan xoş ətir vursun, barmağına əqiq qaşı olan üzük taxsın.
Əksinə, bəyənilməyən şərtlərə isə bunları aid etmək olar: namaz zamanı qara rəngli, çirkin, dar paltar geyinmək məkruhdur. Günahkar insanın (məsələn, əyyaş şəxsin, murdar-təmiz şərtlərinə riayət etməyən adamın) libasını geyinmək də bəyənilmir. Paltarın düymələrini açıq saxlamaq, şəkilli paltar geyinmək, qaşında şəkil olan üzük taxmaq da bu qəbildəndir. Bir daha təkrar edirik ki, sadalanan şərtlərə əməl etmək mütləq mənada vacib deyil, əks halda namaz pozulmaz.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button