Kişi öz həyat yoldaşını, ata öz qızını zorla hicab bağlamağa məcbur edə bilərmi? Qadın razı olmasa, onu cəzalandırmaq icazəlidirmi?
Hicab yetkinlik yaşına çatmış hər bir müsəlman qadının dini vəzifəsidir, bunu etməyən şəxs Allah qarşısında cavabdehdir. İslam dini məcburiyyət yox, azadlıq dinidir. Hər kəsin öz əməllərini özü seçmək ixtiyarı və buna uyğun da məsuliyyəti vardır. Əlbəttə, ailə başçısı himayəsində olan qadının davranışına görə müəyyən qədər cavabdehlik daşıyır. Amma şəriətə görə qadını hicaba riayət etmək üstündə fiziki şəkildə cəzalandırmaq, vurmaq, incitmək olmaz. Bunun əvəzində ailə başçısı gərək xoş dillə qadını hicaba həvəsləndirsin, bunun vacibliyini ona başa salsın. Xüsusilə, qızları hicaba həvəsləndirmək üçün mükafat, hədiyyə kimi üsullardan istifadə etmək faydalıdır. Əgər xoş üslub heç bir fayda verməsə, bəzi yüngül tənbehlər də icazəlidir. Məsələn, danlamaq, bəzi mükafatlardan məhrum etmək, öz narazılığını nümayiş etdirmək və s.