İslam suallarda

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən çəkinməlidir. Namaz zamanı qəsdən əlavə söz (namaz sözlərindən başqa) söyləmək namazı batil edər. Bunu bilməyərəkdən edəndə isə namazı qılıb qurtarandan sonra iki dəfə səhv səcdəsi etmək lazım gəlir. Amma namaz sözlərini bilməyərəkdən və ya qəsdən təkrar etmək maneçilik törətməz. Məsələn, insan oxuduğu ayənin mənasını daha dərindən anlamaq və ya bu ayəni çox sevmək üzündən bir neçə dəfə təkrarlasa, heç bir problemi yoxdur. Hədislərdə buyurulur ki, imamlarımız namaz zamanı Fatihə surəsinin bəzi ayələrini bir neçə dəfə təkrarlayar və ağlayardılar. Əgər insan namazın sözünü dedikdən sonra səhv tələffüz etdiyini anlasa, onu təkrarən düzgün oxuya bilər. Səhv etdiyi barədə şəkkə düşsə, yenə təkrar oxuya bilər. Yaxud namazın bir əməlində başqa əmələ aid olan zikri səhvən desə, bunu anladığı zaman düzgün zikri söyləməlidir. Bu halların heç biri üçün əlavə nə isə etməyə ehtiyac yoxdur və namaz düzgün sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button