İslam suallarda

Ələvilər müsəlman sayılırmı?

İslam tarixi boyunca “ələvi” adı ilə tanınan fərqli cərəyanlar və təbəqələr olmuşdur. Qədim mənbələrdə bəzən İmam Əlinin (ə) nəslindən gələn seyyidləri ələvi adlandırırdılar. Bəzi mənbələrdə İmam Əlini (ə) ilahiləşdirən, onu adi insan deyil, tanrı xüsusiyyətləri ilə qəbul edən insanları da ələvi və ya əiallahi sayırlar. Əlbəttə, kimsə İmam Əlini (ə) tanrı bilirsə və ilahiləşdirirsə, böyük günah edir və bu insanı müsəlman saymaq olmaz. İslam tarixinin ilk əsrlərində bu əqidədə olan şəxslər var idi. Hətta bəzi rəvayətlərə görə, İmam Əli (ə) özü onu ilahiləşdirən adamları cəzalandırırdı. Amma günümüzdəki ələvi inancı İslama daha yaxın bir əqidədən ibarətdir. Məsələn, Türkiyədə yaşayan ələvilər artıq cəfəri məzhəbinə yaxın bir inanca sahibdirlər. Müasir ələvilikdə ənənəvi şiə inancı sufiliklə çulğaşıb. Ələvilərin əksəriyyəti ənənəvi İslam inancını rədd etmir, hətta aradakı fərqliliklərə də inkarçı mövqedən baxmırlar. Aradakı bəzi fərqlilik üzündən onları kafir saymağa əsas yoxdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button