İslam suallarda
Səcdə üçün yararlı olan, yerdə bitən, amma yeyilməyən bitkilər deyilərkən yalnız insanın yemədiyi bitkilər nəzərdə tutulur?

Şəriət qaydalarına əsasən namazda səcdə zamanı yalnız müəyyən əşyaların (maddələrin) üzərinə səcdə etmək icazəlidir – məsələn, torpaq, qum, daş, ağac, ot və s. Üzərinə səcdə ediməsi icazəli olan maddələrə yerdən bitən, amma yeyilməyən bitkilər də daxildir. Əgər yerdən çıxan bitki yeyiləndirsə, onun üzərinə səcdə batildir. Hətta bəzi ölkələrdə yeyilən, bəzi ölkələrdə isə yeyilməyən bitkilərin üzərinə səcdə etmək də olmaz. Bu zaman bitkinin insan tərəfindən yeyilib-yeyilməməsi nəzərdə tutulur. Digər canlıların, vəhşi və ya ev heyvanlarının yeməsi nəzərə alınmır. Məsələn, yaşıl ot, saman kimi bitkilər, ağac yarpaqları heyvanat tərəfindən yeyilir, onların üzərinə səcə etmək tamamilə icazəlidir.