İslam suallarda

Qızılbaş papağı nə deməkdir?

Tarix kitablarında qızılbaşlar və Səfəvilərlə bağlı bu ifadənin tez-tez işləndiyinin şahidi oluruq. Mənbələrdə “qızılbaş papağı” və ya “heydəri tac” deyilən bir baş geyimindən bəhs edilir. Rəvayətə görə, Şah İsmayılın atası Şeyx Heydər bir gecə yuxuda İmam Əlini (ə) görmüş, o da Şeyx Heydərə bu papağın (sarığın) hazırlanmasını öyrətmişdi. Şeyx Heydər yuxudan ayılandan sonra həmin qaydada papaq hazırlayıb başına qoymuş, tərəfdarlarına da bunu əmr etmişdi. Qırmızı parçadan hazırlandığına görə bu papağı qoyanlara “qızılbaş” deyirdilər. Yuxuda “Heydər” ləqəbli İmam Əli (ə) tərəfindən Şeyx Heydərə öyrədildiyinə görə papağa “heydəri tac” da deyirlər. Qızılbaş tacı qırmızı parçadan hazırlanırdı, 12 dilimi vardı, bu dilimlər 12 imamı simvolizə edirdi. Qırmızı parça uzun taxta və ya dəmir borunun ətrafına əmmamə kimi sarınırdı. Hətta döyüşlərdə də dəbilqənin üstündən bu tacı geyinirdilər. Heydəri tac qızılbaşlığın simvolu idi, başına heydəri tac qoymaq qızılbaş əqidəsini qəbul etmək və Səfəvilərin tərəfinə keçmək mənasında qəbul edilirdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button