İslam suallarda

Hansı zikrləri etmək məsləhətdir?

Zikr etmək İslamda ən çox bəyənilən əməllərdəndir. Müsəlman həmişə Allahın zikrində olmalı, yalnız dili ilə deyil, qəlbi və əməlləri ilə Allahı xatırlamalıdır. Daim zikr halında olmaq müsəlmanlığın ən yüksək dərəcələrindən sayılır. Sufilikdə də zikr önəmli yerə malikdir və hər təriqətin fərqli zikr qaydaları vardır. Zikrlər içində ən yüksəkdə duranlar Allahın adlarıdır. “Ya Allah”, “ya Rəhman”, “ya Rəhim”, “ya Qadir”, “ya Kərim” kimi zikrlər çox məşhurdur. Zikrləri istənilən sayda, hətta bacardıqca çox oxumaq müstəhəbdir (bəzən təsbeh dənələrinin sayına uyğun olaraq 33 ya 100 dəfə, hətta 1000 dəfə oxunur). Şəraitə uyğun olaraq bəzi zikrləri söyləmək faydalıdır. Məsələn, xəstəliyə tutulmuş adam adətən “ya Şafi” zikrini, düşmənin əlində aciz qalmış məzlum adam “ya Qəhhar” zikrini, maddi çətibliyi olan adam “ya Rəzzaq” zikrini, çətinliyi olan adam “ya Qazi əl-hacat” zikrini deyir. Bunlardan əlavə digər faydalı zikrlər də vardır. Məsələn, “sübhan Allah”, “əlhəmdu lillah”, “la ilahə illəllah”, “Allahu əkbər” və digər zikrlər (bu dörd zikrə birlikdə “təsbihati-ərbəə” deyirlər). Ən gözəl zikrlərdən biri də Fatimeyi-Zəhranın (ə) zikridir: 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əlhəmdu lillah” və 33 dəfə “sübhan Allah”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button