İslam suallarda

Heyzli qadın ziyarətdən gələn adamın gətirdiyi şirniyyatı yeyə bilərmi, zəmzəm suyunu içə bilərmi?

Şəriətimizə görə, paklığı pozulnuş qadının bəzi əməlləri etməsi haram (günah) və ya məkruhdur (bəyənilməzdir). Məsələn, heyz günlərində namaz qılmaq, oruc tutmaq, əllərini Quranın xəttinə toxundurmaq, məscidə və imamların ziyarətinə getmək haramdır. Quran ayələrini çox oxumaq isə bəyənilmir. Amma bunun əvəzində qadın istədiyi qədər dua edə bilər. Heyz günlərində qadının etməməli olduğu əməllər şəriət kitablarında ətraflı qeyd edilib. Orada yeməklə bağlı heç bir məhdudiyyət yoxdur. Ziyarətgahlardan gətirilmiş şirniyyat yemək, zəmzəm suyunu içmək heyzli qadın üçün şəriət baxımından heç bir problem yaratmır. Əksinə, dinimiz keçmiş dinlərdən fərqli olaraq, heyzli qadının cəmiyyətdən təcrid olunmasını, özünü lazımsız və murdar hiss etməsini bəyənmir. Keçmiş dinlərdə paklığı pozulmuş qadını süfrə arxasında aiə üzvləri ilə birlikdə oturmağa, xörək bişirməyə qoymazdılar. İslam dini bu cür diskriminasiyanın qəti əleyhinədir. Heyzli qadına yalnız yuxarıda yazılmış məhdud saylı şəriət məsələlərində və cinsi yaxınlıq məsələsində məhdudiyyət şamil edilir, qalan məsələlərdə o tam sərbəstdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button