İslam suallarda

Ana öz oğlunun evlənməsinə icazə vermirsə, oğul nə etməlidir?

Şəriətə görə bakirə qız (və ya bakirəliyi bundan əvvəl kəbindən başqa bir yolla pozulmuş qız) kəbin kəsdirərkən mütləq atasından icazə almalıdır, icazəsiz kəsilən kəbin etibarlı sayılmır. Qalan hallarda övladın kəbin zamanı valideyndən icazə alması məcburi deyil. Hərçənd ki, dinimiz ailə quran şəxsin ata-anadan xeyir-dua və razılıq almasını təbliğ edir. Ata-ananın qəlbini qırmaq günahdır, bu cür məsuliyyətli məsələlərdə onlarla məsləhətləşməmək də qəlblərini qıracaqsa, bunu nəzərə almaq lazımdır. Əgər ana oğlunun heç kimlə evlənməsinə razı deyilsə, yəni onun subay qalmasını tələb edirsə, ananın bu istəyi şəriətə uyğun deyil. Oğul imkan daxilində ananın qəlbini qırmamaq şərtilə ailə qura bilər. Əgər ana öz oğlunun konkret olaraq bir qızla ailə qurmasını istəmirsə, bu halda yaxşı olar ki, oğul bunun səbəbini öyrənsin. Ola bilər ki, ana öz yaşına və həyat təcrübəsinə əsasən bu məsələdə haqlıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button