İslam suallarda

Qız öz ögey qardaşına məhrəm sayılır yoxsa naməhrəm?

İslam şəriətinə görə məhrəmlik əsasən 3 yolla yaranır: birbaşa qohumluqla, ailə qurmaqla və süd verməklə. Ögey bacı ilə qardaşın məhrəmliyi bu yollardan ikisi ilə mümkündür. Əgər qızın atası ikinci dəfə evlənsə və ikinci qadından oğlu olsa, bu oğlan qızın ögey qardaşı və məhrəmi sayılacaq, çünki ataları eynidir. Eləcə də, qızın anası ikinci dəfə ərə getsə və ikinci kişidən oğlu olsa, eyni hal yaranır, çünki ana eynidir. Amma əgər bir kişinin birinci arvadından qızı varsa və ikinci dəfə dul qadınla evlənirsə, o qadının da əvvəlki ərindən oğlu varsa, qızla oğlan ailədə bacı-qardaş sayılsalar da məhrəm deyillər. Çünki bioloji ata və anaları eyni deyil. Bu halda qız öz ögey qardaşına naməhrəm sayılır. Süd verməyə gəlincə, əgər şəriətdə göstərilmiş şərtlər daxilində südvermə olubsa, eyni qadından süd əmmiş qız və oğlan da bacı-qardaş hökmündədirlər, bir-birinə məhrəm sayılırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button