İslam suallarda

Quranın bir ayəsində buyurulur ki, Allah bütün günahları bağışlayar. Başqa bir ayədə isə deyilir ki, Allah ona şərik qoşanları bağışlamaz. Bu ayələr bir-birinə zidd deyilmi?

Müsəlmanların əqidəsinə görə Qurani-Kərim hikmətli Allahın kəlamıdır və onda heç bir nöqsan, ziddiyyət yoxdur. Ziddiyyət kimi görünən hallar Quran ayələrinin mənasını düzgün anlamamaqdan və izaha ehtiyac olan məsələləri nəzərə almamaqdan irəli gəlir. Quranın “Zümər” surəsinin 53-cü ayəsində buyurulur ki, “Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” “Nisa” surəsinin 48-ci ayəsində isə buyurulub: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. Əvvəla, Quran ayələri bir neçə qismə bölünür, bu təsnifatlardan biri də ümumi və xüsusi ayələrdir. Bəzən Allah-Taala bir məsələ barədə ümumilikdə söz açır, amma başqa ayədə həmin məsələnin xırdalıqlarını və istisnalarını bəyan edir. Bu, bəşəri nitqin normal qaydasıdır, Allah da insanlara onlara xas olan üslubda müraciət edir. İkincisi, təfsir alimləri hədislərə əsaslanaraq yazıblar ki, “Zümər” surəsinin 53-cü ayəsində tövbədən sonra bütün günahların bağışlanmasından söhbət gedir. Yəni hətta Allaha şərik qoşmuş şəxs də əgər səmini şəkildə tövbə etsə, Alllah-Taala onu bağışlayar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button