İslam suallarda

Artıq qalmış və istifadə edilməyən ərzağı zibilliyə atmaq günahdırmı?

Müsəlmanlar həmişə ərzağa və xüsusilə çörəyə bərəkət kimi baxmış və ehtiram göstərmişlər. Adət-ənənəmizə görə hətta yol kənarında yerə düşmüş çörəyi qaldırıb hündür bir yerə qoyurlar ki, ayaq altında qalıb tapdanmasın. Yemək olan süfrənin üzərində gəzmək, süfrədəki çörək qırıntılarını ayaq altına çırpmaq günah və ədəbsizlik sayılır. Müqəddəslərimizin kəlamında da Allahın nemətlərinə hörmətlə yanaşmaq, onların qədrini bilmək, onları zay etməmək təkid olunub. Əgər bəndələr Allahın nemətlərinin qədrini bilməsələr və şükür etməsələr, Allah da öz nemətlərini onlardan alar. Müsəlman gərək israfa yol verməsin, istifadədən artıq ərzağı qəsdən almasın və bişirməsin. Əgər ərzaq artıq qalıbsa, onu ev heyvanlarına yedizdirmək daha yaxşıdır. Məsələn, quru çörəyi, meyvə-tərəvəzi mal-qaraya, toyuq-cücəyə vermək məsləhətdir. Həyətdə və qonşu həyətlərdə heyvan yoxdursa, artıq ərzağı ayrıca paketə yığıb zibil qabının yanında kənara qoymaq məsləhətdir. Əgər ərzaq tam korlanıbsa və heyvanın yeməyi üçün də yararsızdırsa, bu halda onu tullamaq olar, amma yenə də ayırıb kənarda qoymaq daha yaxşıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button