İslam suallarda

“Cənnət də, cəhənnəm də bu dünyadadır” sözünün dini əsası varmı?

İslam qanunlarına görə axirət aləminə inanc dinin vacib hökmlərindəndir. Hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır. Cənnət və ya cəhənnəmin varlığına qəsdən inanmamaq insanı İslam dinindən çıxarar. Lakin nəzərə almalıyıq ki, bəzən bu ifadə cənnəti və cəhənnəmi inkar etmək mənasında işlədilmir. Bu sözü deyənlər onu nəzərdə tuturlar ki, hər kəs cənnətə ya cəhənnəmə getməsini bu dünyada özü təyin edir. Yəni insan bu dünyada yaxşı əməllər etməklə cənnətdə özünə yer hazırlayır. Əksinə, bu dünyada pis əməllər törətməklə axirətdə cəhənnəmə düşməsi üçün şərait yaradır. Ona görə bu ifadəni bir qədər başqa şəkildə söyləmək daha düzgün olar: “Cənnət ya cəhənnəm bu dünyada qazanılır” və ya “Hər kəsin cənnətə ya cəhənnəmə getməsi bu dünyadakı həyatından asılıdır”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button