İslam suallarda

Dəstəmaz alan zaman ayağın üzərinə məsh çəkiləndə ayaq mütləq yerə qoyulmalıdır?

Dəstəmaz namazın müqəddiməsidir və mütləq qaydasında yerinə yetirilməlidir. Əgər dəstəmaz düzgün alınmazsa, qılınan namaz da qəbul olmaz. Buna görə dəstəmaz almağın btün qaydaları və xırdalıqları risalələrdə qeyd edilib. Dəstəmazın düzgünlük şərtlərindən biri də budur ki, başa və ayağa məsh çəkən zaman baş və ayaq tərpənməməlidir. Gərək insan öz əlinin içini başına və ayaqlarının üzərinə sürtməklə məsh çəksin, əksinə, başı və ayaqları tərpətməklə əlin içinə sürtmək düzgün deyil. Bunun üçün ayaqlara məsh çəkən zaman ayaqlar tərpənməz halda bir yerə dayaqlanmalıdır. Ayaqları havada tutaraq məsh çəkmək olmaz. Ayağı ya yerə, ya rahatlıq üçün hündür kətilin üzərinə qoymaq və ya bir ayağı o biri ayağın üzərinə aşırmaqla və s. yollarla onun üçün dayaq yaratmaq lazımdır. Ayaq möhkəm bir dayaq üzərində olduqda onun üzərinə məsh çəkmək olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button