İslam suallarda

Ölmüş şəxsin oğlunun 40 gün saqqal saxlaması, qızının üz (qaş) aldırmaması dini baxımdan vacibdir?

Dinimizə görə ümumiyyətlə kişinin üz tüklərini dibdən qırxması bəyənilmir, burada yas saxlamaqla digər vaxtlar arasında fərq yoxdur. Qadının üz aldırması isə adi təmizlik niyyəti ilə edilirsə və əlavə kosmetik işlər görülmürsə icazəlidir, lakin naməhrəmlərin görəcəyi tərzdə kosmetika işləri heç zaman izacəli deyil. Rəhmətə getmiş şəxsin 40-ı çıxana kimi yaxın kişi qohumunun saqqal saxlaması, qadının da üz-qaş aldırmaq, saç kəsdirmək kimi işlərdən çəkinməsi dini göstəriş deyil, mentalitetdən qaynaqlanan milli adət-ənənədir. Amma əri ölmüş qadının iddə müddəti (yəni 4 ay 10 gün) boyunca hər cür bər-bəzəkdən çəkinməsi, bəzəkli paltar geyinməsi, hər növ kosmetikadan (hətta sürmədən) istifadə etməsi qadağandır. Bu cür qadağan ölünün digər qohumlarına şamil deyil. Amma onlar da yaşadıqları yerin adət-ənənələrinə imkan daxilində əməl etsələr yaxşı olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button