İslam suallarda

İmamların (ə) niyə öz yazdıqları kitab yoxdur? Əgər kitabları yoxdursa, onları necə məzhəb başçısı saymaq olar?

Əvvəla, İslamda peyğəmbərlərin və ya imamların mütləq kitab yazmalı olması deyə bir qanun yoxdur. Hər hansı şəxsin kitab yazması ya yazmaması onun mövqeyinin düz və ya səhv olmasına dəlalət etməz. İkincisi, məsum imamların şifahi irsi, yəni onlardan rəvayət edilən hədislərin həcmi əksər alimlərin yazılı irsindən daha artıqdır. Unutmayaq ki, İmam Əlinin (ə) xütbə, məktub və hikmətli kəlamları əsasında “Nəhcül-bəlağə”, İmam Zeynülabidinin (ə) duaları əsasında “Səhifeyi-Səccadiyyə” kitabları tərtib edilmişdir. Üçüncüsü, imamların bəzi yazı nümunələri də rəvayət edilmişdir. Belə ki, imamlar bəzən öz səhabələrinə müəyyən mövzunu diktə etmiş, onlar da yazıya almışlar. İmam Cəfər Sadiqin (ə) öz səhabəsi Müfəzzəl ibn Ömərə diktə etdiyi “Tövhidi-Müfəzzəl” kitabı, “Misbahüş-şəriə” risaləsi, İmam Zeynülabidindən (ə) rəvayət edilən “Hüquq risaləsi” buna misaldır. Həmçinin, imamlar bəzən öz səhabələrinə məktublar da yazıb göndərmişlər. Bu məktubların bir hissəsi dini kitablarda, o cümlədən “Rövzət əl-Kafi” əsərində verilmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button