İslam suallarda

Quyuya siçan leşi düşsə və ya nəcasət dağılsa, o quyunun suyundan istifadə etmək olarmı?

Quyu suyunun hökmü ilə bağlı tarix boyunca fiqh alimləri arasında fikir ayrılıqları olmuşdur. Qədim alimlər quyu suyunu az su hökmündə bilirdilər və az miqdarda nəcasətlə murdar olduğuna inanırdılar. Lakin təqribən XIII əsrdən başlayaraq cəfəri məzhəbində quyu suyunu da çox su (kür suyu kimi) olaraq qəbul edirlər. Beləliklə, çox suyun hökmünə uyğun olaraq, əgər quyuya nəcasət düşübsə, suyun rəngi, qoxusu və ya dadı nəcasət nəticəsində dəyişməyincə, su pak sayılır və ondan istifadə etmək olar. Müctəhidlər bu halda quyunu hər hansı yolla paklamağı vacib bilmirlər, amma müstəhəbdir ki, quyudan müəyyən miqdarda su çəkilib çölə tökülsün. Bunun qaydası və miqdarı ətraflı şəriət kitablarında qeyd edilib. Quyuya düşən siçan leşi və ya az miqdarda nəcasət suyun dadını, iyini və ya rəngini adətən dəyişməz, ona görə də həmin quyunun suyundan istifadə etmək icazəlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button