İslam suallarda

Zülmə qarşı mübarizə aparmaq həmişə və hər yolla vacibdirmi?

İslam dini ədalət və düzgünlük dinidir. Ədalətsevərlik müsəlmanın həyatının əsas xəttinə çevrilməlidir. Quran ayələri və hədislərdə ədalətə riayət etmək, zülm etməmək, zalımə yardım göstərməmək, məzlumun tərəfində olmaq çox təkid edilmişdir. Müsəlman şəxs əlində imkan olduğu halda zülmə etiraz etməsə, bu zülmə razılaşmış və hətta zalıma şərik sayılar. Lakin zülmə etiraz etməyin də bəzi şərtləri vardır ki, bunlar şəraitdən asılı olaraq dəyişir. Bəzən insanın öz canını, namusunu, mülkünü qoruması üçün zülm qarşısında susması lazım gəlir. Lakin bu, zülmlə razılaşmaq və onu dəstəkləmək anlamına gəlmir. Müsəlman zülmlə qarşılaşdıqda əgər imkanı varsa əməli ilə ona qarşı mübarizə aparmalıdır. Əgər əməldə bunu etmək mümkün deyilsə, heç olmasa söz vasitəsilə öz etirazını bildirməli, zalımı tənbeh etməli, məzluma dəstək verməlidir. Əgər öz fikrini söz ilə ifadə etməyə də imkan və şərait yoxdursa, ən azı qəlbində bundan narazı olmalı, Allahı şahid tutmalı və onun məzluma yardım göstərməsi, zalımı cəzalandırması üçün dua etməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button