İnsan namazı qılıb bitirdikdən sonra təşəhhüdü söylədiyi barədə şəkk edərsə, nə etməlidir?
Şəkk məsələsi namaz hökmlərinin mühüm qismlərindən birini təşkil edir. Şəkklərin mövzusundan, nə zaman qarşıya çıxmasından asılı olaraq onların hökmləri də dəyişir. Bəzi şəkkləri aradan qaldırmaq üçün müəyyən əməllər (səcdə səhvi, ehtiyat namazı) etmək lazımdır, bəzi şəkklərə isə ümumiyyətlə etina edilməməlidir. Etina edilməməli hökmlərin əsas qismi vaxtı keçmiş əməllə bağlıdır. Yəni bir əməlin icra zamanı keçdikdən sonra insan onu edib-etmədiyi və ya dügün edib-etmədiyi barədə şəkkə düşərsə, gərək şəkkinə əhəmiyyət verməsin, namazı öz qaydasında qılmağa davam etsin. Namazı qılıb bitirdikdən sonra isə namaz əməllərindən hər hansı biri barədə edilən şəkk etibarsız sayılır. Beləliklə, əgər insan namazı qılıb bitirdikdən sonra təşəhhüd oxuyub-oxumadığı barədə şəkk etsə, şəkkinə əhəmiyyət verməyəcək.