Əhli-kitabdan olan (xristian və ya yəhudi) qonşunun və ya dostun dəfn mərasimində iştirak etmək olarmı?
İslam dini müsəlmanlardan yalnız öz dindaşlarına deyil, bütün bəşəriyyətə qarşı mehriban və dostyana davranmağı tələb edir. Digər dinlərin ardıcıllarının İslama münasibətinin müsbət olması xatirinə onların bəzi tədbirlərində iştirak etməyin maneçiliyi yoxdur. Əsas meyar bu tədbirlərdə iştirak zamanı İslam dininə qarşı hər hansı hörmətsizliyə və təhqirə yol verilməməsi, İslamın əqidə əsaslarına zidd olan əməllərin edilməməsidir. Əhli-kitabdan olan şəxsin dəfn mərasiminə qatılmaq da icazəlidir. Yaxşı olar ki, mərasim zamanı insan tabutun qarşısında deyil, arxasında addımlasın. Dəfn zamanı İslam dininə zidd olan ayinlərə qoşulmamaq lazımdır. Dəfndən əlavə yerinə yetirilən digər ayinlərdə – hüzr məclisi və s. – iştirak etmək də məsləhət deyil. Çünki bu kimi məclislərdə adətən İslam şəriətinə görə haram olan qidalar yeyilib-içilir, dinə zidd olan daha başqa hallara da yol verilir.