İslam suallarda

Barter (bir malı başqası ilə əvəz etmək) şəriətdə icazəlidirmi?

İslam dini barteri öz-özlüyündə qadağan etmir. Lakin bu zaman bəzi qaydalara riayət edilməlidir ki, alış-veriş batil və haram olmasın. Barter zamanı xüsusilə ribaya (sələmə) yol verilməməsinə çalışmaq lazımdır. Riba adətən eyni cinsdən (növdən) olan maddələrin mübadiləsi zamanı ortaya çıxır. Bu zaman mübadilə edilən malların miqdarının fərqli olması sələm hökmünü yaradır. Məsələn, bir şəxs başqasına 10 kq. buğda verib əvəzinə 12 kq. buğda alsa, bu, riba və haramdır. Bu zaman hətta malın keyfiyyətinin fərqli olması da qadağanı aradan qaldırmır. Məsələn, 10 kq iri və ya təmiz buğdanı verib, əvəzinə 12 kq. xırda və ya qarışıqlı buğda alsa, yenə sələm sayılacaq. Amma tərəflərdən biri buğdanın üstündə nə isə başqa mal versə, maneçiliyi yoxdur. Amma bu zaman dəyişilən malların miqdarı fərqli olmalıdır. Məsələn, 10 kq. buğda ilə 2 kq. düyünü verib 12 kq. buğda alsa eybi yoxdur. Amma 10 kq. buğda ilə 2 kq. düyü verib əvəzində yenə 10 kq. buğda alması icazəli deyil. Bütün bu müamilələr zamanı prosesin dərhal və yerində olması şərtdir, uzun müddətli, nisyə müamilə bu hallarda icazəli deyil.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button