İslam suallarda

Oruc tutan adam gündüz vaxtı yuxudan ayılanda ağzının qanadığını görür və qanı udub-udmadığını dəqiq bilmir. Bu halda nə etməlidir?

Orucu pozan əsas əməllərdən biri yeyib-içməkdir – istər bu, yeyilib-içilən qida növü olsun, istərsə də yeyilməyən maddələr olsun, istər az miqdarda olsun, istərsə də çox. Lakin oruc şəxsin yeyib-içməyi ilə bağlı üzürlü hallar da mövcuddur, bura bilməyərəkdən yeyib-içmək aiddir. Əgər insan oruc tutduğunu unudaraq yeyib-içsə, orucu pozulmaz, amma bu şərtlə ki, oruc olduğunu xatırladığı an ağzındakını dərhal çıxarıb kənara atmalıdır. Orucu pozmayan hallardan biri də qeyri-ixtiyari olaraq boğazdan aşağı qida keçməsidir. Məsələn, insan özündən asılı olmayaraq (məsələn, yuxuda və ya qeyri-ixtiyari məcburi şəraitdə) nə isə udsa, orucu pozulmaz. Lakin diqqət yetirmək lazımdır ki, gərək insan özü də buna şərait yaratmasın, yəni boğazından nə isə keçəcəyini dəqiq bildiyi halda həmin yerdə durmasın və çox diqqətli olsun. Yuxuda özü də bilmədən ağzından gələn qanı udan adamın orucu düzgündür. Yuxudan ayıldığı an ağzında qan olduğunu görsə, mütləq qanı tüpürüb ağzını pak etməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button