İslam suallarda

Bəziləri şiəlikdəki 12 imam əqidəsinin xristianlıqdakı 12 həvaridən götürüldüyünü iddia edirlər. Bu fikrin əsası varmı?

Xristianlıqda həqiqətən Həzrət İsa Peyğəmbərin (ə) 12 nəfər həvarisi (bunlara apostol deyilir) barədə inanc vardır. Həvarilərin həyat və fəaliyyəti, kəlamları İncillərdə və digər klassik xristian mətnlərində öz əksini tapmışdır. Lakin şiəlikdəki 12 imam əqidəsini bununla bağlamaq kökündən yanlışdır, çünki bunların arasında 12 ədədindən başqa heç bir məntiqi rabitə yoxdur. Əvvəla, xristianlıqdakı həvarilərin hamısı Həzrət İsanın (ə) zamanında yaşamış, onun müasiri olmuşlar. Şiə imamları isə fərqli zamanlarda həyat sürmüş, bir-birini nəsil-nəsil əvəz etmişlər. İkincisi, xristianlar həvarilərin məsum (günahsız) olduğuna inanmırlar, əksinə, İudanın Həzrət İsanı (ə) satdığını, Pyotrun o həzrətdən dönüb sonra yenə imana gəldiyini, digər həvarilərin də bəzən yanlışa yol verdiyini deyirlər. Şiələrin gözündə isə 12 imam məsumdur, hər cür günahdan və hətta səhvdən uzaqdır. Üçüncüsü, xristianlar həvarilərin sırasında dəyişiklik etmiş, İudanın xəyanətindən sonra onu həvarilərin siyahısından çıxarmış və Həzrət İsanı (ə) görməmiş Pavlı onun əvəzinə 12-ci həvari kimi qəbul etmişlər. Belə bir məsələ şiəlikdə yoxdur. Dördüncüsü, həvarilərin hamısı ya öz əcəli ilə vəfat etmiş, ya da öldürülmüşlər. Lakin şiələrin 12-ci imamı Həzrət Mehdi (ə) gözlərdən qeyb olmuşdur, diridir və Allahın lazım bildiyi zaman zühur edəcək. Bu və digər səbəblər üzündən 12 imamı 12 həvariyə bənzətmək tamamilə yanlış və yolverilməzdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button