İslam suallarda

Bəzi şəxslər Həzrət İsanın (ə) ölüləri diriltdiyini qəbul etmir, onun əslində öz moizələri ilə ölü qəlbləri diriltdiyini, yəni insanları imana gətirdiyini deyirlər. Bu fikir doğrudurmu?

Həzrət İsa (ə) şəriət sahibi olan ülul-əzm peyğəmbərlərdən biri idi. Allah-Taala peyğəmbərlərə adətən onların zəmanəsindəki insanların düşüncəsinə, elmi səviyyəsinə uyğun şəkildə möcüzələr vermişdir. Həzrət İsanın (ə) zamanında tibb elmi çox inkişaf etdiyi üçün onun möcüzəsi insanlar tərəfindən daha yaxşı qavranılsın və dəyərləndirilsin deyə bununla bağlı möcüzələrə sahib idi. Allah-Taala Həzrət İsaya (ə) elə bir bacarıq vermişdi ki, ölümcül xəstələri sağaldır, hətta ölüləri dirildirdi. Bu barədə istər İncillərdə, istərsə də Qurani-Kərimdə xəbərlər mövcuddur. Əlbəttə, bütün digər peyğəmbərlər kimi Həzrət İsa (ə) da insanlara nəsihət edir, təbliğat aparır və tövhidi yayırdı. Lakin o həzrətin ölüləri diriltmək möcüzəsini yalnız bu şəkildə qəbul etmək və möcüzənin zahiri mahiyyətini inkar etmək düzgün deyil. Quran ayələrindən, bu ayələrə verilmiş təfsirlərdən və məsumların hədislərindən məlum olur ki, Həzrət İsa Peyğəmbər (ə) Allah-Taalanın yardımı ilə sözün həqiqi mənasında ölüləri dirildir və sağalmaz xəstələrə şəfa verirdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button