İslam suallarda

Bərzəx aləmi nədir və onun hansı xüsusiyyətləri vardır?

Ərəb dilindən tərcümədə bərzəx iki şeyi bir-birindən ayıran maneə deməkdir. Coğrafıyada iki su hövzəsini ayıran quru parçasına da bərzəx deyilir. Dini anlamda bərzəx ölüm¬dən sonrakı həyatın bir mərhələsidir. İslam əqidəsinə görə, insan öldükdən son¬ra əvvəlcə qəbirdə sorğu mələkləri tərə¬fin¬dən sorğu-suala çəkilir. Daha sonra bədən çürüyüb torpağa qarışır, ruh isə dünyadakın¬dan fərqli bir qəlibə düşərək (buna lətif cism deyirlər) qiyaməti gözləməyə başla¬yır. Ruhun cismani ölümdən sonra qiyamətə kimi mövcudluq mərhələsinə bərzəx həyatı deyilir. Çünki bu, dünya ilə axirəti ayıran bir aləmdir, ikisinin arasında maneədir. Əgər ölmüş şəxs saleh əməl sahibi və mömin idisə, bərzəx həyatında behişt nemətlərinə bənzər nemətlərlə mükafatlandırılır, cənnə¬tin ətrini hiss edir və Allahın mərhəmətin¬dən həzz alır. Əksinə, əgər cəzaya və cə¬hənnəm əzabına layiqdirsə, bərzəx həyatın¬da da məyusluq və dəhşət içində qalır, öz acınacaqlı sonluğunun (yəni cəhənnəm əza¬bının) nə vaxt çatacağını gözləyir. Qurani-Kərimdə bu barədə buyurulur: “Onların önündə dirilib (haqq-hesab üçün Allahın hü¬zurunda) duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır” (Möminun, 100).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button