Əbədiyaşar hikmətlər

Dünyanın vəfasızlığı haqda

Məhəmməd Haşimi adlı bir nəfərdən rəvayət edirlər: Qurban bayramı günü anamın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: “Bilirsənmi bu, kimdir?”

” Bu, Cəfər Bərməkinin anasıdır» (Xəlifə Harun ər Rəşidin vəziri olub, sonradan Harun onu edam etdirib). Mən qarını dindirdim, xeyli söhbət etdik.

Soruşdum: «Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?». Cavab verdi: «Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə 400 kəniz mənə xidmət edirdi.

Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür.

Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkim».

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button