Əbədiyaşar hikmətlər

İslam tarixindən hikmətli sözlər

Bir gün Bəhlul Danəndə saraya girib, birbaşa Harun ər-Rəşidin taxtına çıxır və oturur. Fərraşlar onu döyə-döyə taxtdan endirib saraydan qovurlar. Bu zaman Harun saraya daxil olur. Bəhlul onu görən kimi, yanına qaçaraq söyləyir:

– Mən cəmi bircə dəqiqə bu taxtda oturduğuma görə qabırğalarımı şikəst etdilər. Sən neçə ildir ki, onun üstündə oturmusan. Gör sabah (o biri dünyada) sən nə qədər döyüləcəksən!

Padşahın yanında bir arifin ağlından, zəkasından o qədər danışırlar ki, onu saraya gətirməyi əmr edir. Alim hökmdarın hüzuruna daxil olan kimi, onu salamlayıb söyləyir: «Səni görüm min il yaşayasan!». Padşah onun sözünü kəsib deyir: «Mənim yanımda səni çox tərifləmişdilər, amma görürəm ki, bu təriflərə layiq deyilsən. Çünki hüzurumda söylədiyin ilk söz mənasızdır.

Mənə min il ömür arzuladın, halbuki, hamı bilir ki, insan min il yaşaya bilməz». Alim cavab verir: «Yaxşı insanın özü öləndən sonra adı qalır və xatirələrdə yaşayır, ona rəhmət oxuyurlar. Mən də sənə min il ömür arzulamaqla, adının min il diri qalmasını arzu edirdim».

Daha çox göstər
Back to top button