Əbədiyaşar hikmətlər

Xəbərçilik, söz gəzdirmək bəyənilməz

Bəni-İsrailə qəhətlik üz vermişdi. Həzrət Musa Peyğəmbər (ə) yağış yağması üçün dəfələrlə dua etsə də, nəticəsi olmurdu.

Axırda Allah-təala ona belə vəhy etdi: «Sənin ümmətinin içində bir nəfər sözgəzdirən adam var. Nə qədər ki, o tövbə etməyib, sənin duaların qəbul olmayacaq».

Həzrət Musa (ə) həmin adamın kim olduğunu soruşdu. Allahdan vəhy gəldi: «Ey Musa, mən sizə xəbərçilik etməyi, söz gəzdirməyi qadağan etmişəm.

İndi istəyirsən ki, özüm xəbərçilik edim?! Ümmətinə tapşır, qoy hamı tövbə etsin». Musanın (ə) əmrilə Bəni-İsrailin hamısı öz günahlarından tövbə etdi.

Bundan sonra Allahın onlara rəhmi gəldi və yağış yağdı.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button