İmam Rzanın (ə) dəfn edildiyi Məşhəd şəhəri nə zamandan bu adı daşıyır?
İndiki Məşhəd şəhərinin yerləşdiyi ərazinin yaxınlığında qədim dövrlərdə Tus şəhəri mövcud idi. Bu yerlər Xorasan vilayətinə daxildir. Tusun kəndlərindən biri olan Sənabad əlverişli coğrafi şəraiti və gözəl iqlimi ilə tanınırdı, Abbasilərin yay iqamətgahı burada yerləşirdi. Abbasi xəlifəsi Harun ər-Rəşid də Sənabadda xəstələnib burada ölmüşdü. Onun oğlu Məmun İmam Rzanı (ə) Xorasana gətizdirib özünün məskunlaşdığı Mərv şəhərində nəzarət altında saxlayırdı. İmam şəhid olduqdan sonra onu da Sənabadda torpağa tapşırdılar. Sonralar İmam Rzanın (ə) şərəfinə buranı Məşhəd əl-Riza (Rzanın şəhid olduğu yer) adlandırdılar, bu söz qısalaraq Məşhəd şəklinə düşdü. Getdikcə Məşhəd böyüyərək iri şəhərə çevrildi. Bəzi məlumatlara görə ilk də¬fə bu şəhəri Məşhəd adlandıran Sul¬tan Mahmud Qəznəvi olmuşdur. Di¬gər məlumata görə, Məşhəd adına ilk də¬fə X əsrdə yaşamış coğrafiyaşünas-səyyah əl-Müqəddəsinin (əl-Məqdisinin) əsərlərində rast gəlinir.