İslam suallarda

Kərbəla üstündür yoxsa Kəbə?

Təəssüf ki, bəzən cəmiyyətdə yanlış təsəvvürdən doğan bu cür müqayisələrlə rastlaşırıq. Kəbə və Kərbəla hər ikisi müsəlmanların müqəddəs dəyərləridir. Onları bir-birinə qarşı qoymaq və birini digərindən üstün saymaq yolverilməzdir. Necə deyərlər, bir dəyəri başqa dəyərlə “vurmazlar”. Kəbə müsəlmanların qibləsi, vacib olan həcc ziyarətinin məkanıdır. Kəbəyə qarşı hörmətsizlik bütünlükdə İslama və müsəlmanlara qarşı düşmənçilik deməkdir. Amma Kərbəla da üçüncü məsum imam Hüseynin (ə) dəfn edildiyi məkandır, şiələr buranı obrazlı ifadə ilə “eşq qibləsi” adlandırırlar. İmam Hüseyn (ə) ədaləti bərqərar etmək, İslamı yaşatmaq naminə hərəkata başlamış və bu yolda şəhid olmuşdur. Umutmayaq ki, İmam Hüseynin (ə) qiyamının məqsədi elə islami dəyərləri, həcci yaşatmaq, Kəbənin ehtiramını yüksəkdə saxlamaq idi. Sırf şəriət nöqteyi-nəzərindən imkanı olan şəxs üçün Kəbəni ziyarət etmək, yəni həccə getmək vacib, Kərbəla ziyarəti isə müstəhəbdir. Lakin müqəddəslik baxımından bu məkanların ikisi də ucadır və onların birini digərindən əskik saymaq mümkün deyildir. Kəbə ilə Kərbəlanı müqayisə etmək namazla orucu, su ilə çörəyi, əldəki barmaqları müqayisə etmək kimidir. Bu müqayisədə hansının daha üstün olduğunu iddia etmək qeyri-mümkündür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button