İslam suallarda

Dünyasını dəyişmiş insanın adını uşağa qoymaq olarmı?

Uşağa ad qoyarkən, adını qoyduğunuz şəxsin həyatda olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Dünyasını dəyişmiş şəxsin adını uşağa qoymaq olar və uşağın gələcək həyatına bunun təsiri yoxdur. Çox təəssüf ki, xalq arasında həyatda olan bir şəxsin (məsələn, baba və ya nənənin) adının uşağa qoyulmasının guya düşərli olmayacağı haqqında da fikir formalaşıb. Bunun da heç bir əsası yoxdur. Bir çoxlarının düşündüyü kimi, diri adamın adının uşağa qoyulması həmin adamın ömründən kəsmir və onun ölümü ilə nəticələnmir.

Uşağa ad qoyarkən diqqə yetirilməli başqa məsələlər var ki, bunların da başında adın düzgün seçilməsi durur. Körpəyə elə ad qoymaq lazımdır ki, İslam dini ilə, əxlaqi normalarla ziddiyyət təşkil etməsin, gülünc səslənməsin. Milli mentalitetə yad olan, gələcəkdə uşağın xəcalət çəkməsinə yol açan adlar bəyənilmir.

Mərhum şəxsin adını uşağa verərkən, yaxşı olar ki, adqoyma mərasimində mərhumun ruhuna rəhmət deyilsin, imkan varsa, Quran surələri, məsələn Yasin oxunsun. Əlbəttə, bu da vacib deyil, arzu edilən işdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button