İslam suallarda

Qorxu, şəhvət, kin-küdurət, hiylə kimi duyğular günah sayılırmı?

İnsan ruhu bəzi hiss və emosiyaların güclü təsiri altında qərar tutub. Qorxu, sevgi, nifrət, kin, şəhvət kimi duyğuların insanda olması normaldır və günah deyil. Əsas məsələ bu duyğuları həmişə ağılın nəzarəti altında saxlamaq və onların yerini bilməkdədir. Bu duyğular nə həddindən az, nə də həddindən çox olmalıdır, çünki bunların azlığı və çoxluğu insana ziyan gətirər. İnsan təhlükələrdən amanda qalmaq üçün qorxu hissinə sahib olmalıdır, lakin lazım gəldikdə bu qorxunu üstələyə bilən cəsarətə də sahib olmalıdır. Ailə qurmaq, nəsil artırmaq üçün şəhvət hissinin olması lazımdır, lakin bu hiss harama yol açmamalıdır. İnsan öz əzizlərini, eləcə də Allah dostlarını sevməlidir, Allahın düşmənlərinə qarşı da amansız və nifrətli olmalıdır. Bu duyğuları yanlış ünvanlara yönəltmək günaha səbəb olur. Hiylə deyərkən tədbirlilik, ehtiyatkarlıq nəzərdə tutulursa, bu da tam normal duyğudur, eyni zamanda bəzi məhdud hallarda (məsələn, döyüş zamanı) hiylədən (aldadıcı manevrdən) istifadə etmək icazəlidir. Bir daha təkrar edirik ki, bu duyğuları normal həddində saxlamaq və düzgün ünvana yönəltmək əsas məsələ sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button